“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

7 oktyabr Layiqli Əmək Günü

News Image

7 oktyabr Layiqli Əmək Günü

     Beynalxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ilk dəfə 2008-ci ildə elan edilən “7 oktyabr Ümumdünya layiqli Əmək Gününün” qeyd edilməsi ölkəmizdə və o cümlədən Sabunçu rayonunda da ənənə halına keçmişdir. Belə ki, ayrı-ayrı təşkilatlarda layiqli əmək konsepsiyası barədə fikir mübadiləsi aparılması üçün (23.09.2026-ci il tarixdə, 96 nömrəli tam orta məktəbdə) ilk təşkilat sədrlərinin iştirakı ilə yığıncaq keçirilmiş, yerlərdə bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi üçün tapşırıqlar verilmişdir.      Tədbir iştirakçılarının hər birinə çatdırılmışdır ki, BMT-nin İnsan Hüquqları Bəyannaməsinə və digər mühüm sənədlərə əsasən Layiqli Əməyin Ümumdünya məqsədinə çevrilməsi başlıca vəzifədir. Eyni zamanda hər bir tədbir iştirakçısının nəzər və diqqətinə çatdırılmışdır ki, Layiqli Əmək və iqtisadi artım dayanıqlı inkişafın 17 əsas maddəsindən birini təşkil edir. Bütün bunlarla yanaşı tədbir iştirakçıları (ittifaq üzvləri) “Layiqli Əmək uğrunda Fəaliyyət günü” tədbirlərdə özünü ifadə edən iştirakçıların sayı ildən-ilə getdikcə çoxalır. Prinsipcə sosial dialoq aparılmasına çıxış edərək, həmkarlar ittifaqları getdikcə daha çox anlamağa başlayır ki, yalnız danışıqlardan, çağrışlar və bəyanatlar dünyadakı vəziyyəti düzəltmir.

         Dünya Həmkarlar İttifaqları bütün mübarizə formalarına əl atmağa məcburdu: etiraz aksiyaları, mitinqlər, nümayişlər, tətillər. Avropa dövlətlərindən fərqli olaraq bizim ölkədə kütləvilik olmasa da Avropa dövlətlərində olan nümayişlərə görə Federasiya həmin gün ərəfəsi Ümum Həmkarlar İttifaqları Konfederasiyasının təklifi ilə “Layiqli Əmək uğrunda Fəaliyyət Günü” işçilər üçün daha aktual olan, “2016-2030-ci illər üçün Layiqli Əmək Dövlət Proqramında” şuarı altında tədbirlər keçirir, addımlar atır. Atılan addımlara 4 sfera daxildir.-bunlar: məşğulluq, hüquq, müdafiə və dialoqdur. Onlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, əməkdaşlıq arasında bərabərlik, işəgötürən və işçi arasında olan dialoq, öz əmək hüququnu müdafiə etməyə və ya vəd edilmiş sosial müdafiədən istifadə etməyə qədər bütün aspektləri əhatə edir. Bu gün münasibəti ilə tabeliyimizdə olan təhsil müəssisələrində toplantılar, dəyirmi masalar və hətta işgüzar səhnəciklər belə təşkil edilmişdir. Keçirilən hər bir tədbirdə prioritet məsələ işçilərin layiqli əməyinin təmin edilməsi məqsədilə əmək, məşğulluq, sosial-iqtisadi məsələlərlə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

5 oktyabr Beynəlxalq Müəllimlər Günü

News Image

5 oktyabr Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilk təşkilat sədrləri,fəaliyyəti ilə fərqlənən, yüksək nəticə göstərən müəllimlər iştirak etdilər.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov müəllimləri peşə bayramı münasibətilə AHİK rəhbərliyi, ETİHİ Respublika Komitəsinin rəhbərliyi və rayon komitəsinin adından təbrik etdi. O, müəllimlərin təhsil sahəsindəki mühüm rolundan, peşəkarlığından və gənc nəslin formalaşmasında göstərdikləri fəaliyyətdən danışdı, onlara gələcək işlərində uğurlar və yeni nailiyyətlər arzuladı.

 Tədbirdə çıxış edən ittifaq üzvləri göstərilən diqqət və qayğıya görə AHİK rəhbərliyinə, ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və Sabunçu Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını bildirdilər. 

Tədbirin sonunda 295 nəfər müəllim Təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif olundu.

27 sentiyabr Anım Günü

News Image

27 sentiyabr Anım Günü

27 sentyabr anım günü ilə bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin tabeliyindəki təhsil müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. İgid oğullarımızın qəhrəmanlıqlarından bəhs edilib. Uşaqların hazırladıqları səhnəciklər təqdim edilib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yaşasın bütöv Azərbaycan.

Müəssisə rəhbərləri və ilk təşkilat sədrləri ilə görüş

News Image

Müəssisə rəhbərləri və ilk təşkilat sədrləri ilə görüş

23 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 96 nömrəli tam orta məktəbin akt zalında, ETİHİ Sabunçu Rayon Komitəsinin tabeliyindəki ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və ilk həmkarlar təşkilatı sədrlərinin iştirakı ilə 2025-2027-ci illər üzrə bağlanmış kollektiv müqavilənin bir sıra maddələrinin yerinə yetirilməsinə diqqətin daha da artırılması məqsədilə geniş tərkibdə görüş keçirildi. Görüşdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri həmçinin həmkarlar təşkilatının sədri Zinyət xanım Əmirova iştirak etdi. Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov tədbir iştirakçılarını Respublika Komitəsinin rəhbərliyi və rayon komitəsi adından salamladı. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olan qəhrəman şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə çıxış edən Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədov tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.Yeni tədris ilində onlara uğurlar arzuladı. Tədbirdə bir sıra məsələlər həllini tapdı. Həmkarlar ittifaqının fəaliyyətindən bəhs olundu. Qarşılıqlı fikir mübadilələri aparıldı. Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri ilk təşkilat sədri Zinyət xanım Əmirova müəssisə rəhbərlərinə öz tövsiyyələrini verdi. Yekunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

Yubiley təbriki

News Image

Yubiley təbriki

21 sentyabr 2026-cı tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbin akt zalında 50-60 yaşı tamam olan ittifaq üzvlərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Sabunçu rayon Komitəsinin sədri Alı Məmmədov yubileyi qeyd olunan ittifaq üzvlərini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və Sabunçu Rayon Komitəsinin adından təbrik etdi. Yubilyarlar göstərilən bu diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və Sabunçu Rayon Komitəsinə öz minnətdarlıqlarını bidirdilər. Tədbirin sonunda yubileyi qeyd olunan 80 nəfər ittifaq üzvünə Fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.

20 sentyabr Suverenlik Günü

News Image

20 sentyabr Suverenlik Günü

 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu münasibətlə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Dövlət Suverenliyi Günü ilə əlaqədar olaraq Elm və Təhsil İşçilər Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin nəzdində olan ilk təşkilatlarda da silsilə tədbirlər keçirilib.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

65 yaşı olan ittifaq üzvləri

News Image

65 yaşı olan ittifaq üzvləri

30 iyun 2026-cı il tarixində 309 nömrəli tam orta məktəbin akt Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı 65 yaşı tamam olan ittifaq üzvlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov tədbir iştirakçılarını AHİK rəhbərliyi, ETİHİ Respublika Komitəsinin rəhbərliyi və Sabunçu Rayon Komitəsinin adından təbrik etdi. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə AHİK, ETİHİ Respublika Komitəsinin və Sabunçu Rayon Komitəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bidirdilər. Tədbirin sonunda 186 nəfər ittifaq üzvünə Fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.

Ekskursiya gəzinti

News Image

Ekskursiya gəzinti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın dilbər guşəlıərinə 155,198,311 nömrəli tam orta məktəblərin və 10 nömrəli internat məktəbinin ittifaq üzvləri üçün istirahət səfəri təşkil olunub.

Səfər iştirakçıları ölkəmizin füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə yaxından tanış olmaq, həmçinin xoş və səmərəli vaxt keçirmək imkanı əldə ediblər.

Tədbirin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvlər arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsidir.Gəzintinin sonunda ittifaq üzvlər göstərilən diqqət və qayğıya görə Sabunçu Rayon Komitəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Yubiley təbriki

News Image

Yubiley təbriki

13 May 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbin akt zalında bir qrup ( 81 nəfər ) ittifaq üzvünün yubileyi ( 50 və 60 yaş) münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov yubileyi qeyd olunan ittifaq üzvlərini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və Sabunçu Rayon Komitəsinin adından təbrik etdi. Yubilyarlar adından 170 nömrəli tam orta məktəbin ilk təşkilat sədri Niyaməddin Quliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və Sabunçu Rayon Komitəsinə öz minnətdarlıqlarını bildirdi. Tədbirin sonunda yubileyi qeyd olunan ittifaq üzvlərinə Fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.